INFE (International Network of Fans of Eurovision / Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi) – dünyadakı Eurovision fan-klublarını bir şəbəkə altında toplamağı hədəfləyən birlik təşkilatıdır. INFE-nin ilk addımları 1998-ci ildə təsis olun Avropanın ilk Eurovision klublarından hesab olunan “Yunanıstan Eurovision Fan-klubu” tərəfindən atıldı. 7 ölkənin qurucu olaraq qatıldığı bu birlik 2011-ci ildən “Rəsmi Fan-klublar” statusunu qazandı. INFE Azerbaijan fan klubunun istifadə etdiyi ilk konsept loqosu “INFE Türkiyə” üzvü Özgün Günyar tərəfindən dizayn edilmişdir. Hazırkı logo britaniyalı dizayner Samuel Deakin tərəfindən hazırlanmışdır. An etibarilə INFE-nin 3500 üzvü var.