Noyabrın 8-də Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib.

Toplantıda ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Ölkəmizi Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək müsabiqədə  Aysel Məmmədova təmsil edəcək.

Aysel kimdir?

 Azərbaycanlı pianoçu, bəstəkarı və vokalist

Aysel 3 İyul 1989-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Orta təhsilini 1995-2006 illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində alıb. Ali təhsilini 2010-cu ildə Azərbaycan Milli Konservatoriyasında başa vuran ifaçı “Xəzər Caz və Blyuz Festivalı” , “Bakı Beynəlxalq Caz Festivalı “, “MuzEnergo Musiqi İmprovizasiya Festivalı” , “Monrto Caz Festivalı ” (Emil İbrahimin qrupu ilə birgə), “Qafqaz Caz Festivalı”  kimi bir sıra musiqi festivallarının iştirakçısıdır.

There are currently no comments.