Ölkəmizi Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Dilarə Kazımova albomunun tam versiyasını və albomdan “Shine” adlı mahnıya çəkilmiş klipi təqdim edib.

İfaçı buna qədər isə 2016-cı ilin May ayında 6 mahnıdan ibarət “Running” adlı mini-albom yayımlamışdır. İngilis dilində mahnılardan ibarət olan EP façı və Roden Anousi tərəfindən yazılmışdır.

1 il aradan sonra isə ifaçı albomun tam versiyasını yayımlayıb. Indie pop janrında olan albom 11 mahnıdan ibarətdir ve albomun tamamını ifaçının rəsmi youtube kanalından dinləmək olar.

There are currently no comments.