Ölkəmizi  Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Dilarə Kazımova yenidən Avroviziya eşqinə düşüb.

Dilarə ilə görüşümüz zamanı təcrübəli ifaçı Avroviziya mahnı müsabiqəsində Azərbaycanı ikinci dəfə təmsil etmək istədyini bildirdi. Yeni albomunu təqdim etməyə hazırlaşan Dilarə “bu dəfə Avropaya çılğın Dilarəni göstərmək istəyirəm, ilk cəhdimdə siz məni ciddi obrazda gördünüz, mənim səhnə geyimim belə çox uzun idi amma bu dəfə çılğın səhnə performansım ilə hamını şoka salmaq istəyərəm” deyib.

Qeyd edək ki, son vaxtlar Dilarə Kazımova dünyaca məşhur ifaçıların mahnılarını “cover” oxuyur.

 

 

Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

There are currently no comments.