Məşhur azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə  “Jara – 2017” Beynəlxalq Musiqi Festivalı ikinci dəfə Xəzərin sahilində, “Sea Breeze” istirahət mərkəzində iyulun 27-dən 30-na kimi keçiriləcək.

70-dən çox Rusiya, Ukrayna və Azərbaycan şou-biznesinin tanınmış ulduzları festival boyunca çıxış edəcək.

MDB ölkələri arasında ən böyük festival olan Jara bu il, həm də bir çox Avroviziya ulduzunu Bakıya gətirir:

Nigar Camal (Qalib 2011) 🇦🇿
Emin (2012) 🇦🇿
Azad Şabanov (Milli Seçim Turları 2010/12, Böyük Səhnə 2014) 🇦🇿
Ani Lorak (2008) 🇺🇦
Loboda (2009) 🇺🇦
Monatik (2017) 🇺🇦
Filipp Kirkorov (1995) 🇷🇺
Alla Puqaçova (1997) 🇷🇺
Aleksey Vorobyov (2011) 🇷🇺
Dima Bilan (2006, 2008 – Qalib) 🇷🇺
Sergey Lazarev (2016) 🇷🇺

There are currently no comments.