Dünən Portuqaliyanın paytaxtı Lissabonda ölkənina Milli Televiziyası (Rádio e Televisão de Portugal) və Avropa Yayım İttifaqı birlikdə mətbuat konfransı keçirdib.

Mətbuat konfransı zamanı ev sahibi televiziya müsabiqəyə ev sahibliyi edəcək şəhəri və müsabiqənin vaxtlarını açıqlayıb.

Ölkənin milli televiziyası RTP, 63-cü Avroviziya Mahnı Müsabiqəsinə Portuqaliyanın paytaxtı Lissabon şəhərinin ev sahibliyi edəcəyini təsdiqləyib.

Bundan başqa, müsabiqəsinin yarımfinal və final  mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 may, final isə mayın 12-də MEO Arena-da keçiriləcək.

Ukraynaın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Salvador Sobral, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq ölkəsinə ilk qalibiyyət sevincini yaşatdmışdır. 2018-ci il Portuqaliyanın müsabiqədə 50-ci iştirakı olacaq.

There are currently no comments.