İctimai Televiziya və Radio Yayımları Şirkətinin ölkəmizin növbəti Avroviziya təmsilçisini necə seçəcəyi barəsində danışmaq bir qədər tez olsa da, biz “Azərbaycanı Lissabonda kim təmsil etsin?” sualına sizlər üçün cavab tapmağa çalışdıq. Belə ki, bu suala bizim 3 cavabımız var. INFE Azerbaijan fan klubu olaraq sizlər üçün xüsusi bir siyahı hazırlamışıq və bu siyahıya sadəcə bizə ən yaxşı nəticəni gətirəcəyinə inandığımız üç ifaçını daxil etmişik. Hazırsınızsa, başlayaq!

 

İlk namizədimiz İlhamə Qasımovadır.

“Big Apple Music Awards” qalibi olan ifaçı ilə bizlərin ilk tanışlığı 2005-ci ildə “Yeni Ulduz” müsabiqəsinin dördüncü sezonunda oldu. İlhamə burda 2009-cu il təmsilçimiz Aysel Teymurzadə ilə birlikdə mübarizə aparır və sonda müsabiqəni qalib kimi tərk edir. Bu müsabiqə ilə İlhamə Qasımovanın peşəkar musiqi karyerasına başlayır.

İlhamə Qasımova ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil etmək istəmiş və 2011-ci ildə İctimai Televiziyanın keçirdiyi Milli Seçim turlarına qatılmışdır. O, burda finalda daha sonra Avroviziya mahnı müsabiqəsinin ilk azərbaycanlı qaliblərinə çeviriləcək Eldar Qasımov və Nigar Camala məğlub olur. Daha sonra İlhamə öz fəaliyyətini Almaniyada davam etdirmək qərarına gəlir və orada “Universal Music”lə müqavilə imzalayır.

2011-ci ilin noyabrında İlhamə Qasımova DJ OGB ilə özünün ilk sinqlını – “Bei Mir Bist Du Sheen”-i yazdırır. Bu, məşhur “Yiddish song”-un (“İdiş mahnısı”) müasir versiyası idi . Mahnının klipi “iTunes”-də altıncı ən çox satılan video olmuşdur. Bu uğurdan sonra ifaçı DJ OGB ilə iş birliyini davam etdirir və U Jean ilə birlikdə trio “Flying” sinqlını yayımlayır.

Təcrübəli ifaçı 2014-cü ildə Avroviziya təmsilçimizi müəyyənləşdirən “Böyük Səhnə” müsabiqəsinin münsif heyətində də yer alır. İlhamə özünü aktirisa kimi də sınayır. İfaçı “Şər Qarışanda” filiminin həm baş roluna çəkilir, həm də filmin rəsmi soundtrack-ini (“Bir gün gələr”) hazırlayır.

Növbəti namizədimiz Rast qrupundan Lamiyə Kərimovadır.

Lamiyə digər Rast qrupundan çıxmış solist ifaçılar kimi  caz, xalq musiqisi və muğam janrlarında yüksəs bacarıqla ifa edir.  “Rast” musiqiçilərinin Azərbaycan musiqisində önəmli yeniliyi ondan ibarətdir ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. Elə bunu nəzərə alaraq deyə bilərik ki, qrupun bədii rəhbəri Əməkdar Artist Rəşad Haşımovun başçılığı altında Lamiyə Kərimova etnik caz/pop-caz ilə ölkəmizə yenidən zəfər qazandıra bilər.

Qeyd edək ki, “Rast” qrupu 1990-cı illərin əvvəllərində populyarlaşmışdır. Dünyanın hər yerindən təqribən 350 qrupun iştirakı ilə keçirilən “Radio Frans İnternasional” (1993-cü il) müsabiqəsində Azərbaycan kollektivi 11 ən yaxşı qrup sırasına daxil olmuşdur. Sevda Ələkbərzadə “Rast”ı tərk edəndən sonra, qrup bir müddət fəaliyyətini dayandırmış, lakin sonralar artıq yeni heyətdə Azərbaycan şou-biznesinə qayıtmışdır.

Siyahımızda sonuncu namizəd Samirə Əfəndiyevadır.

Samirə ilə biz Avroviziya fanatlarının tanışlığı ilk dəfə 2014-cü ildə Danimarkada keçirlən müsabiqə üçün İctimai Televiziya (İTV) tərəfindən  təşkil olunmuş Böyük Səhnə yarışmasında oldu.

Finalın bir addımlığında “Böyük Səhnə” müsabiqəsini tərk edən Samirə daha sonra digər bir müsabiqə ilə səhnəyə qayıtdı. Bu dəfə gənc ifaçı Azərbaycanın səsi olmaq üçün “The Voice” müsabiqəsində iştirak edirdi. Samirə  “Görmədən dinləmələr” turunda “Listen” (Beyons) ifası ilə bu tura öz damğasını vuraraq 4 münsifin dördünü də özünə döndürə bildi. Tünzalə Ağayevanın komandasında yolunu davam edən Samirə sonda müsabiqədə yalnız üçüncü ola bildi. Bu müsabiqdən sonra Samirə bir neçə hit olan sinql yayımladı: “Я танцую”, “Tocame”

Qeyd edək ki, The Voice” müsabiqəsindən sonra, Azərbaycanı Avroviziya müsabiqəsində təmsil etmək üçün ən çox adı çəkilən ifaçıdır.

  • Айтен Алиева

    Ламия Керимова!

  • Haji

    Lamiya Karimova, odnoznachno

  • Hazar

    Samirə Əfəndiyeva, Erkin Osmanlı, Hüseyn Abdullayev, Xana Həsənova və Emiliyia Yaqubova bir də Fərid Həsənov. Ən ideal namizədlər bunlardır.

  • Aziza

    Ламия !!!!!!!