Dünən gecə Qafqazın ən yaxşı debüt qrupu adına layiq görülmüş Dihajın “The End Of Sunrise” (T.E.O.S.) adlı ilk albomunun təqdimatı Yaşıl Teatr səhnəsində baş tutdu. Elə həmin gündə albom  itunes, google play, amazon, spotify, deezer musiqi platformalarında satışa çıxarıldı.

Dünən həm də, ölkəmizin onuncu Avroviziya təmsilçisi Dihajın albom təqdimatı ilə yanaşı Avroviziya mahnı müsabiqəsindən sonra ilk solo konserti idi.

https://news.day.az/showbiz/915144.html

Gecədə xüsusi qonaq olaraq əməkdar artist, “Montreux jazz festivalı”nın qalibi pianoçu İsfar Sarabski, ölkəmizi dünyanın ən böüyük musiq müsabiqəsində iki dəfə təmsil etmiş, The Voice Türkiyə müsabiqəsinin qalibi Elnur Hüseynov və Red Bull Thre3style Azərbaycan üzrə ikiqat çempionu DJ N.E.Z  iştirak edib.

ttps://news.day.az/showbiz/915144.html

Elnur Hüseynov və Diana Hacıyeva birilikdə Şövkət Ələkbərova ifasında yaddaşlarda qalan “Qəmgin mahnı”mı ifa etdilər. Daha sonra Elnur Heseynov  DJ N.E.Z müşahidəsində “Try to be yourself” mahnısını ifa edib. Konsert ərzində Diana da  DJ N.E.Z ilə birlikdə hazırladıqları və Yanvar ayında yayımlanması planlaşdırılan  “We Stuck in here” adlı mahnı ifa ediblər. Gecə boyu Dihaj qrupu “The End Of Sunrise” (T.E.O.S.) adlı ilk albomundan 9 mahnı ifa edib. Alternativ müsiqi sevərlərin sevimlisi Dihaj qrup həm də ölkədə daha bir ilkə imza atıb, belə ki, onlar konsertə gələ bilməyən fanatlarını da unutmayıblar,  konsert canlı olaraq qrupun facebook səhəsində də yayımlanıb. Dihaj qrupu konserti  “Eşqini Aşagı Sal” adlı mahnı ilə bitirib.

Qeyd edək ki, Dihaj qrupu üç istedadlı müsiqiçi Diana Hacıyeva (solist), Əli Nəsib (zərb alətləri) və Anar Abdullayev (gitar) tərəfindən 2014-cü ilin sonunda qurulub.

 

 

There are currently no comments.