Sonuncu Avroviziya təmsilçimiz Dihaj bizləri sevindirməyə davam edir.

Belə ki, Dihaj qrupu müsbiqə bitər-bitməz yeni albomlarının təqdimatını etməyə hazırlaşır. “The End of Sunrise” adlı yeni albomun ilk dinləyiciləri isə qrupun 14 İyul, saat 21:00-da Yaşıl Teatrda baş tutacaq konsertində iştirak edəcək tamaşaçılar olacaq.

Konseretdə qonaq qismində dünya şöhrətli azərbaycanlı caz musiqisi ifaçısı İsfar Sarabski və ölkəmizi Avroviziya Mahnı Müsabiqəsində iki dəfə təmsil etmiş Elnur Hüseynov çıxış edəcək.

Biletlərin qiyməti 15 manatdan 80 manata kimidir.

There are currently no comments.