Son günlərdə ölkəmizin Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsi 2017-də iştirak edib-etməyəcəyi barədə suallar meydana gəlib. Elə buna görə də INFE Azerbaijan fan klubu müsabiqə təşkilatçıları ilə bu kimi suallara aydınlıq gətirmək üçün əlaqə saxladı.

rustam karimov ile ilgili görsel sonucu

Müsabiqə təşkilatçılarından fan klubumuza verilən məlumata görə, ölkənin birinci kanalı  İctimai Televiziya və Radio Yayımları Şirkəti hələ ki, müsabiqədə ölkəmizin iştirakını təsdiqləməyib.

Azərbaycan Avroviziya Uşaq Mahnı Müsabiqəsində sonuncu dəfə 2013-cü ildə Rüstəm Kərimovun ifa etdiyi “Me and My Guitar” mahnısı ilə təmsil olunmuş və 7-ci yerə sahib çıxmışdır.

Qeyd edək ki, 15-ci dəfə keçiriləcək müsabiqə “Shine Bright” şüarı altında noyabr ayının 26-da Tiflis İdman Sarayında keçiriləcək.

  • Hazar

    Hörmətli admin bir nəfər istifadəçi youtube kanalında Azərbaycanın növbəti dəfə yəni 2018- ci ildə eurovisiona qatılmayacağını söyləyib. Bu məlumat nə dərəcədə doğrudur? Yəni böyüklər üçün keçirilən eurovisiondan söhbət gedir