Portuqaliya müsabiqənin tarixində ilk dəfə zəfər qazandı.

Dünən axşam 26 ölkənin iştirakı ilə Ukraynanın paytaxtı Kiyev şəhərində 62-ci Avroviziya Mahnı müsabiqəsinin final şousu baş tutdu.

27 yaşlı Salvador Sobral bacısı tərəfindən yazılmış sevgi balladası “Amar Pelos Dois”(Bizim ikimiz üçün) ilə Portuqaliyaya 53 illik Avroviziya tarixində ilk qalibiyyətini qazandırıb.

Mükafatı qəbul edərkən, o, deyib: “Biz biristifadəlik musiqi dünyasında yaşayırıq. Bu musiqinin qələbəsidir. Musiqi atəşfəşanlıq deyil, musiqi hissdir”

Ciddi ürək xəstəliyi olan Salvador Sobral promo turlara və  ölkə təmsilçilərinin müsabiqə səhnəsindəki məşqlərinə qatıla bilməmişdir. Məşqlərin ilk həftəsində onu bacısı əvəz etmişdir.

Salvador Sobral həm hakimlərdən, həm də izləyicilərdən ən çox xal toplayaraq müsabiqəni Portuqaliyaya aparmağa haqq qazanıb.

“Amar Pelos Dois” Avroviziya tarixinə sadəcə qalib mahnı kimi deyil, həm də ən uzun girişə – 18 saniyə sahib mahnı kimi də daxil olub.

İlk Üçlük: 

  1. Salvador Sobral (Portuqaliya) – 758 xal

     

  2. Kristian Kostov (Bolqarıstan) – 615 xal
  3.  SunStroke Project (Moldova) – 374 xal

Ölkə təmsilçimiz DiHaj isə (Diana Hacıyeva) Skeletons mahnısı ilə 120 xal toplayaraq gecəni 14-cü yerdə bitirdi. Dina ölkəmizin 10-cu təmsilçisi olaraq müsabiqə tariximizə öz adını yazdırdı. Diananın çıxışını İtaliyan və Portuqaliya münsifləri ən yüksək xal-12 xal ilə qiymətləndiriblər.

There are currently no comments.