Bir neçə saat əvvəl Ukraynanın paytaxtı Kiyev şəhərinin Beynəlxalq Sərgi Mərkəzində Gürcüstan nümayəndə heyəti mətbuat konfransı keçirərək Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsin 2017-nin rəsmi loqo və şüarını ictimaiyyətə təqdim etdi.

Şüar və loqo günəşli Gürcüstanı özündə təcəssüm edir.

15-ci dəfə keçiriləcək müsabiqə “Shine Bright” şüarı altında noyabr ayının 26-da Tiflis İdman Sarayında keçiriləcək.

Bu ana qədər müsabiqədə iştirakını təsdiqləyən ölkələr:

  • Belarus
  • Kipr
  • Gürcüstan – Ev sahibi
  • İrlandiya
  • Malta
  • Hollandiya
  • Rusiya

Qeyd edək ki, mətbuat konfransında müsabiqənin sonuncu qalibi Mariam Mamadashvilidə iştirak edib.

 

There are currently no comments.