Dünən Ukraynanın paytaxtı Kiev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı Kiyev Beynəlxalq Sərgi Mərkəzində baş tutudu.

18 ölkənin final uğrunda mübarizə apardığı gecəyə Makedoniya təmsilçisi Jana Burčeskaya gələn evlik təklifi damğasını vurdu.

Oleksandr Skiçko, Volodımır Ostapçuk və Timur Miroşnıçenkonun aparıclığ etdiyi gecədə finala 10 ölkə vəsiqə qazandı. Beləliklə də, finala vəsiqə qazanan bütün ölkələrin adları məlum oldu.

  1. Bolqarıstan
  2. Belarus
  3. Xorvatiya
  4. Macaristan
  5. Danimarka
  6. İsrail
  7. Ruminiya
  8. Norveç
  9. Niderland
  10. Avstriya

Qeyd edək ki, müsabiqənin final mərhələsi may ayının 13-ü Kiyev Beynəlxalq Sərgi Mərkəzində baş tutacaq.

There are currently no comments.