Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək 2017 Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində iştirak edəcək ölkələrin səhnəyə çıxış sırası məlum oldu.

İsrailin açılışını edəcəyi  möhtəşəm gecədə Fransa təmsilçisi  sonuncu olaraq səhnəyə çıxacaq.

Ölkə təmsilçimiz Dihaj (Diana Hacıyeva) isə İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons”adlı mahnı ilə Kiyev Beynəlxalq Sərgi Mərkəzinin səhnəsinə 12-ci nömrə altında çıxacaq.

EUROVISION 2017 Final: Səhnəyə çıxış sırası

  1. İsrail
  2. Polşa
  3. Belarus
  4. Avstriya
  5. Ermənistan
  6. Hollandiya
  7. Moldaviya
  8. Macarıstan
  9. İtaliya
  10. Danimarka
  11. Portuqaliya
  12. Azərbaycan
  13. Xorvatiya
  14. Avstraliya
  15. Yunanıstan
  16. İspaniya
  17. Norveç
  18. Birləşmiş Krallıq
  19. Kipr
  20. Rumıniya
  21. Almaniya
  22. Ukrayna
  23. Belçika
  24. İsveç
  25. Bolqarıstan
  26. Fransa
There are currently no comments.