Bu gün Bakı vaxtı ilə saat 23:00-da Ukraynanın paytaxtı Kiev şəhərində 62-ci Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı başlayacaq.

Oleksandr Skiçko, Volodımır Ostapçuk və Timur Miroşnıçenkonun aparıclığ etdiyi gecədə 18 ölkə finala keçmək uğrunda mübarizə aparacaq. Finala keçəcək 10 ölkəni isə profesional münsiflər heyətinin və xalqın səsləri müəyyən edəcək. Bu axşam Kiyev Beynəlxalq Sərgi Mərkəzinin səhnəsinə çıxacaq ölkələr:

  1. Serbiya
  2. Avstriya
  3. Makedoniya
  4. Malta
  5. Ruminiya
  6. Niderland
  7. Macaristan
  8. Danimarka
  9. İrlandiya
  10. San marino
  11. Xorvatiya
  12. Norveç
  13. İsveçrə
  14. Belarus
  15. Bolqarıstan
  16. Litva
  17. Estoniya
  18. İsrail

Qeyd edək ki, müsabiqənin final mərhələsi may ayının 13-ü Kiyev Beynəlxalq Sərgi Mərkəzində baş tutacaq.

There are currently no comments.