May ayının 7-də Ukraynaın paytaxtı Kiyev şəhərində 62-ci  Avroviziya mahnı müsabiqəsinin rəsmi açılış mərasimi baş tutdu.

INFE Azerbaijan fan klubun da iştirak etdiyi açılış mərasimində 42 ölkənin nümayəndə heyəti Mariinski Sarayının qarşısındakı 265 metrlik rekord uzunluğa sahib qırmızı xalça üzərindən keçərək müsabiqə fanatlarını və dünyanın müxtəlif yerkərindən Kiyevə gəlmiş mətbuat işçilərini salamlayıb.

Nümayəndə heyətləri təxminən 3 saat müsabiqə tarixinin ən uzun qırmızı xalçası üzərində vaxt keçiriblər.

Təmsilçimiz Dihaj qırmızı xalçanın seçilən simalarınmdan oldu.

Qeyd edək ki, Portuqaliya təmsilçisi Salvador Sobral səhhəti ilə bağlı yaşadığı problemlər səbəbindən müsabiqənin açlış mərasiminə sonuncu qatılıb.

There are currently no comments.