Avropa Yayım Birliyi (EBU) bu il də, Amerika Birləşmiş Ştatlarının yarışmanı canlı yayımlayacağını təsdiq edib. Belə ki, bu il Amerikanı müsabiqədə yenidən, Logo Tv təmsil edəcək. Eurovision Mahnı Müsabiqəsinin finalı 13 may tarixində Logo Tv-də Amerika saatı ilə canlı olaraq 15:00-da yayımlanacaq. 14 may 00:00-da isə yarışmanın təkrarı efirə buraxılacaq.

Michelle Visage və Ross Mathews bu il Eurovision müsabiqəsini amerikan tamaşıçıları üçün Logo Tv-dən şərh edəcəklər. Yarışma canlı olaraq, həmçinin Logo Tv-nin internet səhifəsindən, YouTube kanalından, eləcə də Logo Tv mobil əlavəsindən canlı yayımlanacaq.

Logo Tv-nin əyləncəli proqramlar departamentinin sədri Pamela Post, qlobal fenomen olan Eurovision Mahnı Müsabiqəsini yenidən yayımlayacaqlarından qürur duyduqlarını bildirib və növbəti əməkdaşlıq üçün EBU-ya təşəkkürünü bildirib.

Eurovision Mahnı Müsabiqəsinin Baş icraçı ddirektoru Jan Ola Sand isə, Amerikadan çoxlu fanatlar olduğunu və yenidən əməkdaşlıq ediləcəyinə görə çox həyəcanlı olduğunu bildirib. Həmçinin cənab Sand, “Müxtəlifliyi Qeyd Et” (Celebrate Diversity) adı altında keçirilən müsabiqənin qapısının bütün dünyaya açıq olduğunu və ABŞ-ın iştirakının təqdirə layiq hal olduğunu qeyd edib.

Eurovision iştirakçılarından ABBA (İsveç 1974), Celine Dion (İsveçrə 1988), Olivia Newton-John (Birləşmiş Krallıq 1974) və s. kimi iştirakçılar müsabiqədən sonra fəaliyyətlərini ABŞ-da davam etdirmiş və ABŞ-da kifayət qədər məşhur simalardan biri olmuşlar.

Eurovision Mahnı Müsabiqəsinin yarı finalları 9, 11 may 2017, finalı isə 13 may tarixində Ukraynanın paytaxtı Kiyevdə yerləşən, Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

There are currently no comments.