Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi 2017  üçün Azərbaycanın milli münsiflər heyətinin tərkibi açıqlanıb. Bu barədə məlumat müsabiqənin rəsmi saytında dərc edilib.

Azərbaycan milli münsiflər heyətinin tərkibi:

  1. Afaq Məlikova (məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti, bədii rəhbər)
  2. Aleksandr Şarovski (aktyor)
  3. Anar Sadıxov (akkordeonist, aranjimançı)
  4. Sevda Ələkbərzadə (müğənni, bəstəkar)
  5. Anar Hüseynov (musiqiçi)

Qeyd edək ki, münsiflər heyətinin səsləri ümümi səsvermədə 50% paya sahibdir.

Müsabiqədəki 10-cu ilimizdə Dihaj, musiqisi Isa Məlikova, sözləri Sandra Bjurmana məxsus “Skeletons” adlı mahnı ilə May ayının 9-da keçirləcək birinci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.

There are currently no comments.