Ölkəmizi Avroviziya Mahnı Müsabiqəsində iki dəfə təmsil etmiş Elnur Hüseynov uzun aradan sonra yeni mahnısını və klipini təqdim edib. 

Bu “Səs Türkiyə” müsabiqəsinin qalibi olan Elnur Hüseynovun “Avrupa Müzik” musiqi şirkəti etiketi ilə çıxan ilk ekran işidir.

Leyli Qafarovanın rejissorluğunu etdiyi klipdə  “ADO” teatrının əməkdaşları əsas rollarda çəkilib.

“Vibration”nın müsiqisi Azərbaycan Respublikasının əməkdar artisti İsfar Sarabskiyə, sözləri isə ölkəmizi 62-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək Dihaja aiddir.

There are currently no comments.