INFE səsverməsində növbəti ölkə Azərbnaycandır.

INFE (International Network of Fans of Eurovision / Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi) üzvü olan 12 ölkə müsabiqə öncəsi klub üzvlərinin səsvermələri ilə müsabiqənin bu ilki qalibini proqnozlaşdırmağa çalışacaq.

Səsvermə INFE və esctoday.com tərəfindən təqdim olunur.

INFE Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsi 2017 üçün olan səsləri:

1 bal – Estoniya
2 bal – Yunanıstan
3 bal – İsrail
4 bal – Belarus
5 bal – İtaliya
6 bal – Belçika
7 bal – İsveç
8 bal – Latvia
10 bal – Polşa
12 bal – Bulgaria

 

INFE səsverməsi 2017-də hazırki TOP 5:

  1. İtaliya: 63 bal
  2. Bulgaria: 56 bal
  3. İsveç: 41 bal
  4. Belçika: 32 bal
  5. Azərbaycan: 23 bal

 

INFE Azerbaijan haqqında: 

INFE (International Network of Fans of Eurovision / Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi) – dünyadakı Eurovision fan-klublarını bir şəbəkə altında toplamağı hədəfləyən birlik təşkilatıdır. INFE-nin ilk addımları 1998-ci ildə təsis olun Avropanın ilk Eurovision klublarından hesab olunan “Yunanıstan Eurovision Fan-klubu” tərəfindən atıldı. 7 ölkənin qurucu olaraq qatıldığı bu birlik 2011-ci ildən “Rəsmi Fan-klublar” statusunu qazandı. INFE Azerbaijan fan klubunun istifadə etdiyi ilk konsept loqosu “INFE Türkiyə” üzvü Özgün Günyar tərəfindən dizayn edilmişdir. Hazırkı logo britaniyalı dizayner Samuel Deakin tərəfindən hazırlanmışdır. An etibarilə INFE-nin 3500 üzvü var.

 

There are currently no comments.