Azərbaycanı 62-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək Dihaj (Diana Hacıyeva) üçün sualınız var?

INFE Azerbaijan Avroviziya fan klubu təmsilçimizi Avroviziya sevərlərə yaxın edir! Belə ki, Dihaj INFE Azerbaijan vasitəsi ilə fanatlarının və onu sevərlərin suallarını cavablandıracaq.

Suallarınızı INFE Azerbaijan-ın sosial şəbəkələrindəki hesablarına, “infeazerbaijan@gmail.com” email ünvanına göndərə bilər və ya sualınızı #ASKDIHAJ açar sözündən  istifadə edərək sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Unutmayın ki, müsahibə üçün ən yaxşı suallar seçiləcək!

Qeyd edək ki, müsabiqədəki 10-cu ilimizdə Dihaj, musiqisi Isa Məlikova, sözləri Sandra Bjurmana məxsus “Skeletons” adlı mahnı ilə may ayının 9-da keçirləcək birinci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.

There are currently no comments.