Ukraynaya Avroviziya Mahnı Müsabiqəsini ikinci dəfə qazandıran Jamala dünən “Голосу країни” (Səs Ukrayna) səs müsabiqəsinin yarımfinal şousunda yeni mahnısnı təqdim etdi.

Müsabiqənin 3-cü sezonunda münsiflik edən MONATİK-in açılını etdiyi gecədə daha sonra Jamala tamaşaçılara süpriz edib. Müsabiqənin 7-ci sezonun münsiflərindən olan Jamala yeni mahnısını – “Любити” (Sevir) ilk dəfə ifa edib.

İfaçı bu romantik mahnını ilk dəfə öz toyunda ifa etməyi planlaşdırsa da, daha sonra müsabiqənin final şousunda ifa etməyə qərar verib. Jamala mahnını biznesmen nişanlısı Bəkir Süleymanova həsr edib. Tamaşaçılar arasında Jamalanın gələcək həyat yoldaşı və qaynanası da olub.

Qeyd edək ki, ifaçı keçən ilin noyabr ayında nişanlandığını bildirmişdir.

 

There are currently no comments.