Ölkəmizin Avroviziya Mahnı Müsabiqəsindəki onuncu təmsilçisi Dihajın, promo tur çərçivəsində ilk dayanacağı məlum oldu.

Təmsilçimiz Amesterdamda keçiriləcək ilin ən böyük Eurovision partisinə qatılacaq. Aprel ayının 8-də Melkveqdə baş tutacaq ənənəvi “Eurovision in Concert” partisində təmsilçimiz ilk dəfə müsabiqə mahnısı “Skeletons”u canlı ifa edəcək.

Qeyd edək ki, partidə 33 ölkənin təmsilçisi çıxış edəcək.

Promno tur çərçivəsində Dihaj xarici mətbuat ilə görüşəcək və jurnalistlərin suallarını cavablandıracaq.

There are currently no comments.