Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 62-cı Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi təmsil edəcək Dihaj 8-ci nömrə altında çıxış edəcək.

Diana Hajiyeva

Diana Hajiyeva

 

 

Müsabiqədəki 10-cu ilimizdə Dihaj, musiqisi Isa Məlikova, sözləri Sandra Bjurmana məxsus “Skeletons” adlı mahnı ilə May ayının 9-da keçirləcək birinci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqə iştirakçılarının yarımfinallarda hansı hissədə çıxış edəcəkləri müsabiqə prodüserləri  tərəfindən 2013-cü ildən bəri istifadə olunan format ilə müəyyənləşdirilib.

2017 Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinalında səhnəyə çıxış sırası:

  1. İsveç
  2. Gürcüstan
  3. Avstraliya
  4. Albaniya
  5. Belçika
  6. Monteneqro
  7. Finlandiya
  8. Azərbaycan
  9. Portuqaliya
  10. Yunanıstan
  11. Polşa
  12. Moldaviya
  13. İslandiya
  14. Çexiya Respublikası
  15. Kipr
  16. Ermənistan
  17. Sloveniya
  18. Latviya

2017 Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında səhnəyə çıxış sırası:

  1. Serbiya
  2. Avstriya
  3. Rusiya
  4. Makedoniya
  5. Malta
  6. Rumıniya
  7. Hollandiya
  8. Macarıstan
  9. Danimarka
  10. İrlandiya
  11. San Marino
  12. Xorvatiya
  13. Norveç
  14. İsveçrə
  15. Belarus
  16. Bolqarıstan
  17. Litva
  18. Estoniya
  19. İsrail

There are currently no comments.