Cümə günü, aprelin 21-də Azərbaycanın Avroviziya 2017 təmsilçisi Dihaj Moskvada yeddincisi keçiriləcək müsabiqə öncəsi Avroviziya gecəsində çıxış edəcək.

Avroviziya öncəsi Moskva partisi yerli vaxt ilə 19:00-da “Vegas City Hall”un konsert zalında başlayacaq.

Yeddincisi keçirləcək partidə 9 ölkənin Avroviziya nümayəndə heyəti iştirak edəcək:

  • Azərbaycan – Dihaj
  • Rusiya – Julia Samoilova
  • Bolqarıstan – Kristian Kostov
  • Yunanıstan – Demy
  • Moldova – SunStroke Project
  • İsrail – Imri Ziv
  • İsveçrə – Timebelle
  • İtaliya – Francesco Gabbani
  • Ermənistan – Artsvik

Gəcədə Rusiyanın bir çox məşhur simalarının və biznes elitasının nümayəndələrinin iştirakı gözlənilir.

Avroviziya fanatlarını partidən əvvəl möhtəşəm qırmızı xalı, imza günü və bir çox suprizlər gözləyir.

Moskva Avroviziya gecəsinə qatılmaq istəyən azərbaycanlı fanatların nəzərinə çatdırmaq istəyərdik ki, fan zona üçün 100 bilet nəzərdə tutulub. Biletlərin qiymətləri 24 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti isə 90 manat olacaq.

Bilet sifarişi üçün: http://www.vegas-hall.ru/afisha/eurovision-party/

There are currently no comments.