Ölkəmizi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 62-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək Diana Hacıyeva üçün tanıtım videosunun çəkilişləri son sürətlə davam edir.

Dünən çəkilişlərin bir hissəsi INFE Azerbaijan fan klubunun üzvləri ilə birlikdə ETUD Cafe & Bar-da baş tutdu. Tanıtım çarxının bir hissəsi paytaxt Bakı şəhərində, digər bir hissəsi isə ev sahibi Kiyev şəhərində çəkilir.

Bu ilki müsabiqənin tanıtım çarxları iştirakçıların emosiyaları üzərində formalaşacaq.

Qeyd edək ki, təmsilçimizin tanıtım çarxı fotoqraf Sitarə İbrahimova tərəfindən çəkilir.

Sitarə İbrahimova haqqında:

Sitarə İbrahimova Bakı Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsil almış (2004), daha sonra Praqa şəhərindəki Famu Universitetində fotoqrafiya ixtisasını üzrə oxumuşdur (2010). Əsərləri Avropada və Yaxın Şərqdə geniş şəkildə nümayiş etdirilmişdir. Onun portret obrazları Azərbaycan mədəniyyətində müasirliyin və ənənələrin vəhdətini təcəssüm etdirir.

Qeyd edək ki, təmsilçimiz may ayının 9-da keçiriləcək birinci yarımfinalın birinci hissəsində səhnəyə çıxacaq.

There are currently no comments.