Bu gün təmsilçisini seçən şimal ölkələrindən digəri Norveç idi. Eurovision Mahnı Müsabiqəsinin ən qədim milli seçim turu olan Norveçin Melodi Grand Prix yarışmasının bu il 56-cı buraxılışı keçirildi. Beynəlxalq Juri və Telesəsvermənin nəticəsində Jowst feat. Aleksander Walmann qalib gələrək, ölkəsini Eurovision 2017 mahnı müsabiqəsində təmsi etməyə haqq qazandı.

Norveç kanalı NRK bu ilki yarışma üçün 1035 mahnı qəbul etmiş, onlardan 10-nu 7 fevralda milli finalda iştirak etmək üçün ictimaiyyətə elan etmişdi.

Milli finalda iştirak edən iştirakçılar bunlar idi:

  1. Ulrikke – “Places” – 4-cü yer
  2. Jenny Augusta – “I Go Where You Go”
  3. Rune Rudberg Band – “Run Run Away”
  4. Jowst feat. Aleksander Walmann – “Grab the Moment” – Qalib
  5. Kristian Valen – “You & I”
  6. In Fusion – “Nothing Ever Knocked Us Over”
  7. Amina Sewali – “Mesterverk”
  8. Ammunition – “Wrecking Crew” – 2-ci yer
  9. Elin & The Woods – “First Step in Faith (Oadjebasvuhtii)” – 3-cü yer
  10. Ella – “Mama’s Boy”

Bu ilki Melodi Grand Prix müsabiqəsində ilk dəfə olaraq yerli jurilərin əvəzinə beynəlxalq jurilər səs verdi. Beynəlxalq Jurilər Avstriya, Almaniya, Finlandiya, Macarıstan, Ermənistan, İrlandiya, İsrail, Birləşmiş Krallıq, Malta və İsveçtən ibarət idi.

Qalib ifanı buradan izləyə bilərsiniz:

Norveç Eurovision 2017 Mahnı Müsabiqəsinin 11 may 2017-ci ildə keçiriləcək ikinci yarıfinalının ikinci hissəsində çıxış edəcək.

There are currently no comments.