7 yanvarda başlayan və Eurovision Mahnı Müsabiqəsinin ən uzun milli finallarından hesab olunan Litvanın „Eurovizijos“ dainų konkurso nacionalinė atranka 2017 müsabiqəsinin bu gecə finalı keçirildi. Litva Jurisi, Beynəlxalq Juri və səsvermənin toplamında Fusedmarc qrupu Litva finalında qalib gələrək ölkəsini Eurovision 2017 Mahnı müsabiqəsində təmsil etməyə haqq qazandı.

Finalda iştirak edən 7 iştirakçıdan 6-sı bir əvvəlki mərhələ olan yarıfinaldan final mərhələsinə keçmişdi. 1 iştirakçı isə (Gytis Ivanauskas) 7 və 8-ci mərhələlərin 5-ci və 6-cısı ilə yarıfinaldan finala yüksəlməyən 2 iştirakçı – toplam 6 iştirakçı arasında keçirilən İkinci Şans turundan finala yüksəlmişdi. Qeyd edək ki, bu il Litva finalında İkinci Şans turu ilk dəfə tətbiq olunurdu.

Finalda iştirak edən iştirakçılar bunlar idi:

  1. Paula – “Let U Go”
  2. Gabrielius Vagelis – “Feel Myself Free”
  3. Greta Zazza – “Like I Love You”
  4. Fusedmarc – “Rain of Revolution” – Qalib
  5. Aistė Pilvelytė – “I’m Like a Wolf”
  6. Gytis Ivanauskas – “Get Frighten”
  7. Kotryna Juodzevičiūtė – “Love Shadow”

Qalib mahnını buradan dinləyə bilərsiniz:

Litva Eurovision Mahnı Müsabiqəsinin 11 may 2017-ci ildə keçiriləcək ikinci yarıfinalının ikinci hissəsində çıxış edəcək.

There are currently no comments.