4 fevralda Gothenborg şəhərindən başlayan Eurovision Mahnı Müsabiqəsinin ən böyük və ən maraqlı seçim turu olan Melodifestivalen 2017 mahnı müsabiqəsinin bu gün paytaxt Stokholmdakı Friends Arenada möhtəşəm finalı keçirildi. Beynəlxalq Juri və Səsvermədən topladığı 146 xal ilə Robin Bengtsson Melodifestivalen 2017 Mahnı Müsabiqəsinin qalibi olaraq, ölkəsini Eurovision 2017 Mahnı Müsabiqəsində təmsil etməyə haqq qazandı.

Finalda iştirak edən iştirakçılardan 8-i (Ace Wilder, Nano, Mariette, Benjamin Ingrosso, Robin Bengtsson, Owe Thörnqvist, Jon Henrik Fjällgren feat. Aninia və Wiktoria) yarıfinallardan, 4-ü isə (FO&O, Lisa Ajax, Boris René və Anton Hagman) İkinci Şans Turundan finala yüksəlmişdi.

Finalda iştirak edən iştirakçılar bunlar idi:

  1. Ace Wilder – “Wild Child” – 7-ci yer
  2. Boris René – “Her Kiss” – 8-ci yer
  3. Lisa Ajax – “I Don’t Give A” – 9-cu yer
  4. Robin Bengtsson – “I Can’t Go On” – Qalib 
  5. Jon Henrik Fjällgren feat. Aninia – “En värld full av strider” – 3-cü yer
  6. Anton Hagman – “Kiss You Goodbye” – 10-cu yer
  7. Mariette – “A Million Years” – 4-cü yer
  8. FO&O – “Gotta Thing About You” – 11-ci yer
  9. Nano – “Hold On” – 2-ci yer
  10. Wiktoria – “As I Lay Me Down” – 6-cı yer
  11. Benjamin Ingrosso – “Good Lovin” – 5-ci yer
  12. Owe Thörnqvist – “Boogieman Blues” – 12-ci yer

Finalda səs verən Beynəlxalq Juri ölkələri isə Avstraliya, Birləşmiş Krallıq, Fransa, İsrail, İtaliya, Malta, Norveç, Polşa, Ermənistan, Çexiya və Ukrayna idi.

Robin Bengtsson keçən il də Melodifestivalen mahnı müsabiqəsində iştirak etmiş, finalda 5-ci olmuşdu.

Qalib mahnını buradan dinləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=bjd6ll3RP6s

İsveç Eurovision 2017 Manı Müsabiqəsinin 9 may 2017-ci ildə keçirləcək birinci yarıfinalının birinci hissəsində çıxış edəcək.

There are currently no comments.