Bu gecə İslandiya da öz Eurovision 2017 təmsilçisini seçdi. Bu il 24-cüsü keçirilən İslandiya milli finalı Söngvakeppnin 2017 müsabiqəsində Svala Björgvinsdóttir qalib gələrək, İslandiyanı Eurovision 2017 Mahnı Müsabiqəsində təmsil etməyə haqq qazandı.

Finalda iştirak edən 7 iştirakçıdan 6-si 25 fevral və 4 mart tarixlərində keçirilən yarıfinal mərhələlərindən finala yüksəlmişdi. Bir iştirakçı isə (Hildur Kristin Sefánsdóttir) ümumilikdə finala keçməyən iştirakçılar arasında aparılan yenidən səsvermədə qalib gəlmiş və final mərhələsinə yüksəlmişdi.

Finalda ilk mərhələdə 7 iştirakçı öz ifalarını səsləndirdiş Sonra isə juri və səsvermə xallarının toplamından 2 iştirakçı superfinal mərhələsinə yüksəldi. Superfinalda isə qalib yalnız səsvermə yolu ilə seçildiş

Finalda iştirak edən iştirakçılar bunlar idi:

  1. Aron Hannes Emilsson – “Tonight” – 3-cü yer
  2. Arnar Jónsson & Rakel Pálsdóttir – “Again” – 5-ci yer
  3. Aron Brink – “Hypnotised” – 4-cü yer
  4. Hildur Kristin Sefánsdóttir – “Bammbaramm” – 7-ci yer
  5. Rúnar Eff Rúnarsson – “Make Your Way Back Home” – 6-cı yer
  6. Svala Björgvinsdóttir – “Paper” 2-ci yer (Superfinalist)
  7. Daði Freyr Pétursson – “Is This Love?” – Qalib

Qalib ifanı buradan dinləyə bilərsiniz:

İslandiya Eurovision 2017 Mahnı Müsabiqəsinin 9 may 2017-ci ildə keçiriləcək birinci yarıfinalınln ikinci hissəsində çıxış edəcək.

There are currently no comments.