Xəbər verdiyimiz kimi, ölkəmizi Ukraynanın paytaxtı Kiyevdə təmsil edəcək Diana Hacıyeva bu gün mahnısını ictimiətə təqdim etdi.

Müsabiqədəki 10-cu təmsilçimiz Kiyevdə “SKELETONS” adlı mahnı oxuyacaq. Mahnımızın müəllifləri tanınmış bəstəkar və musiqi prodüseri Isa Məlikov və ölkəmizin bu müsabiqədəki 2010 (Drip Drop), 2011 (Running Scared), 2012 (When the Music Dies), 2015(Hour of the Wolf) və 2016 (Miracle)-ci illərdəki mahnılarının müəllifi isveçli  bəstəkar Sandra Bjurmandır.

Azərbaycanın Avroviziya 2017 Mahnı Müsabiqəsinin yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (ITV) keçən ilin dekabrın 5-də ölkə təmsilçimizin adını açıqlamışdır.

Qeyd edək ki, təmsilçimiz May ayının 9-da keçirləcək birinci yarımfinalının birinci hissəsində səhnəyə çıxacaq.

Diana Hacıyeva kimdir?

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 6 yaşından “Bəri bax” (indiki Qaya) qrupunda çıxış edən ifaçı Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olduqdan sonra ansambl ilə vidalaşmalı olur. Bu müddət ərzində ifaçı caz ilə professional şəkildə məşğul olmağa başlayır və Bakı Caz Mərkəzində işləmək imaknı əldə edir.
Musiqi təhsilini artırmaq üçün Diana Böyük Britaniyanın paytaxtı Londona köçür və orda vokal ixtiasasının artırılması üçün Muasir İfaçılıq İnstitunda oxuyur.

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılan ifaçı təsnifat mərhələsini keçsədə öz qrupunda 7 xal toplayaraq 4-üncü yeri əldə edir.

Cazdan elektron musiqiyə gedən yol

Diana Hacıyeva Eurovision fanlarına 2011-ci ildən məlum olsada ifaçı məşurluğu Caz ilə deyil elektron musiqi ilə əldə edə bildi. 2015-ci ildə Diana həyat yoldaşı Əli (zərb alətləri) və Anar (gitara) ilə birlikdə Azərbaycanın yeganə elektron musiqi qrupu “Dihaj”ı qurur. Elə ifaçının ulduzuda bundan sonra parlamağa başlayır. Dihaj qrupu dünya şöhrətli caz pianoçusu Isfar Sarabski ilə birlikdə “I Break Again” adlı mahnılarını yayımlayır. Qrup daha sonra Eldar Mansurov bəstəsi olan “Gecələr Keçir” mahnısını kover edir və “Complain” adlı mahnılarını yayımlayır. Bütün bunlar onlara Qafqaz Musiqi Mükafatlarında ən yaxşı debüt ifaçı mükafatını qazandırır. Onlar özlərinin ifa janrınını eksperimental Doom pop adlandırır.
Qeyd edək ki, Diananın Eurovision təcrübəsi sadəcə milli seçim ilə məhdudlaşmır. Belə ki, Diana keçən il Səmra Rəhimlinin bek-vokalı kimi Azərbaycan nümayəndə heyətində yer almışdır.

– Diana Hacıyeva 2009-cu ildə ailə həyatı qurub, 1 uşağı var.

There are currently no comments.