Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi 2017-də ölkəmizi təmsil edəcək Diana Hacıyevanın Avroviziya mahnısının yayımlanma günü bəlli oldu.

Azərbaycanın müsabiqədə 10-cu təmsilçisi olacaq Diana Hacıyeva Avroviziya mahnısını sabah ictimayyətə təqdim edəcək.

Qeyd edək ki, təmsilçimiz May ayının 9-da keçirləcək birinci yarımfinalının birinci hissəsində səhnəyə çıxacaq.

Diana Hacıyeva kimdir?

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 6 yaşından “Bəri bax” (indiki Qaya) qrupunda çıxış edən ifaçı Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olduqdan sonra ansambl ilə vidalaşmalı olur. Bu müddət ərzində ifaçı caz ilə professional şəkildə məşğul olmağa başlayır və Bakı Caz Mərkəzində işləmək imaknı əldə edir.
Musiqi təhsilini artırmaq üçün Diana Böyük Britaniyanın paytaxtı Londona köçür və orda vokal ixtiasasının artırılması üçün Muasir İfaçılıq İnstitunda oxuyur.

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılan ifaçı təsnifat mərhələsini keçsədə öz qrupunda 7 xal toplayaraq 4-üncü yeri əldə edir.

Cazdan elektron musiqiyə gedən yol

Diana Hacıyeva Eurovision fanlarına 2011-ci ildən məlum olsada ifaçı məşurluğu Caz ilə deyil elektron musiqi ilə əldə edə bildi. 2015-ci ildə Diana həyat yoldaşı Əli (zərb alətləri) və Anar (gitara) ilə birlikdə Azərbaycanın yeganə elektron musiqi qrupu “Dihaj”ı qurur. Elə ifaçının ulduzuda bundan sonra parlamağa başlayır. Dihaj qrupu dünya şöhrətli caz pianoçusu Isfar Sarabski ilə birlikdə “I Break Again” adlı mahnılarını yayımlayır. Qrup daha sonra Eldar Mansurov bəstəsi olan “Gecələr Keçir” mahnısını kover edir və “Complain” adlı mahnılarını yayımlayır. Bütün bunlar onlara Qafqaz Musiqi Mükafatlarında ən yaxşı debüt ifaçı mükafatını qazandırır. Onlar özlərinin ifa janrınını eksperimental Doom pop adlandırır.
Qeyd edək ki, Diananın Eurovision təcrübəsi sadəcə milli seçim ilə məhdudlaşmır. Belə ki, Diana keçən il Səmra Rəhimlinin bek-vokalı kimi Azərbaycan nümayəndə heyətində yer almışdır.

– Diana Hacıyeva 2009-cu ildə ailə həyatı qurub, 1 uşağı var.

 

Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

There are currently no comments.