Ölkəmizi Kiyevdə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək Diana Hacıyeva mart ayının 5-də qonşu Gürcüstanın paytaxtı Tiflisdə konsert proqramı ilə çıxış edib.

Ölkə təmsilçimizin Tiflis səfəri  “Phoenix Qafqaz Musiqi Mükafatları müsabiqəsi ilə bağlı olub. Səfər zamanı təmsilçimiz Tiflisdə konsert proqramı ilə də çıxış edib. “DədəBaba” qrupun gitaraçısı qrupun Tiflis konsertində çıxış edə bilmədiyi üçün təmsilçimiz Diana Hacıyeva və iki gürcü musiqiçi “DədəBaba” qrupu ilə birlikdə Tiflisdə konsert proqramı ilə çıxış edib.

DədəBaba qrupu haqqında:

3 musiqiçidən ibarət DədəBaba qrupu rok, rok-n-rol, reqqi, ska, pank musiqi cərəyanlarını və Azərbaycan xalq musiqisini birləşdirərək, yeni cərəyan aşıq-pank yaradıblar. Qrupun mahnıları sosial mövzulara toxunan kədərli sözlərə bəstələnmiş şən musiqidən ibarətdir. Konsertdə iştirak edin və böyük ehtimalla hər biriniz bu mahnıların hər hansı birində, az da olsa, özünüzün bir zərrəsini tapacaqsınız.

Konsertdən çəkilmiş şəkilləri və səs yazılarını sizə təqdim edirik:

Diana Hacıyeva haqqında ən son xəbərləri bizdən əldə edin!

  • Hazar

    Görəsən niyə mahnının təqdim olunacağı tarix açıqlanmır?