Estoniyanı Kiyevdə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi 2017-də Koit Toome və Laura cütlüyü təmsil edəcək. 

Eesti Laul 2017 seçim turunun final şousunda 10 ifaçı qalibiyyət uğrunda mübarizə apardı və onlardan yalnız ən çox səs toplayan 3 iştirakçı super finala vəsiqə qazandı.

  1. Liis Lemsalu – Keep Running
  2. Koit Toome ja Laura – Verona (SF)
  3. Whogaux & Karl-Kristjan feat. Maian – Have You Now 4th
  4. Lenna Kuurmaa – Slingshot  (Vanilla Ninja ilə birgə, İsveçrə 2005)
  5. Daniel Levi – All I Need
  6. Elina Born – In or Out (Stig Rästa ilə birgə, 2015)
  7. Ivo Linna – Suur loterii (Maarja-Liis Ilus ilə birgə, 1996)
  8. Rasmus Rändvee – This Love (SF)
  9. Ariadne – Feel Me Now
  10. Kerli – Spirit Animal (SF)

Super finalda isə Koit Toome və Laura cütlüyü ölkənin milli seçim turu Eesti Laul 2017-də zəfər qazanaraq ölkələrini Kiyevdə təmsil etmnək şərəfi əldə etdi. Milli seçim turunun qalibi profesional münsiflər heyətinin və tamaşaçıların səsləri ilə müəyyən edilib. Koit Toome və Laura müsabiqənin ikinci yarımfinalında “Verona” adlı mahnı ilə ölkələrini təmsil edəcəklər.

https://www.youtube.com/watch?v=AwezBW84AH0

Qeyd edək ki, Laura ölkəsini 2005-ci ildə Kiyevdə keçirilən Avroviziya Mahnı Müsabiqəsində “Suntribe” qrupu daxilində təmsil edib.

There are currently no comments.