Dünyanın ən böyük mahnı müsabiqəsinin başlamasına bir aydan bir qədər çox vaxt qalır.

Vaxt azaldıqca yavaş-yavaş biz fanatlarda ölkə təmsilçiləri ilə bir-bir tanış oluruq. Elə bu gündə o günlərdən biridir. Belə ki, bu axşam iki ölkə öz təmsilçisnin adına müəyyənlik gətirəcək, 3 ölkə isə təmsilçisini seçmə yolunda bir addım irəli addımlayacaq.

🇪🇪 İlk olaraq Estoniyanın paytaxtı Talinə gedəcəyik. Bakı vaxtı ilə saatlarımız 21:30-u göstərəndə ölkənin milli seçim turu olan “Eesti Laul 2017″nin final şousu başlayacaq. Final şousunda 10 iştirakçı Estoniyanın siması olmaq uğrunda mübarizə aparacaq:

  • Liis Lemsalu “Keep Running”
  • Koit Toome & Laura “Verona”
  • Whogaux & Karl-Kristjan feat. Maian “Have You Now”
  • Lenna Kuurmaa “Slingshot”
  • Daniel Levi “All I Need”
  • Elina Born “In or Out”
  • Ivo Linna “Suur loterii”
  • Rasmus Rändvee “This Love”
  • Ariadne “Feel Me Now”
  • Kerli “Spirit Animal”

Eesti Laul 2017“nin final şousunu izləmək üçün BURA klikləyin!

🇸🇪 🇱🇹 Bu gün üçün Avroviziya yolunda növbəti dayanacağımız İsveç və Litva olacaq. Saatlarımız 23:00-ı göstərəndə hər iki ölkədə Avroviziya həyacanı başlayacaq. İsveçdə ilin ən sevimli şousu olan “Melodifestivalen 2017″də ikinci şans şousu olacaq.

I Duel: FO&O “Gotta Thing About You” və De Vet Du “Road Trip”
II Duel: Axel Schylström “När ingen ser” və Lisa Ajax “I Don’t Give A”
III Duel: Boris René “Her Kiss” və Dismissed “Hearts Align”
IV Duel: Anton Hagman “Kiss You Goodbye” və Loreen “Statements”

Heç sübhəsiz ki, gözlər Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsi 2012-nin qalibi Loreendə olacaq.

“Melodifestivalen 2017″də ikinci şans şousunu izləmək üçün BURA klikləyin!

Litva da isə  “Eurovizijos” adlı milli seçim turunun yarımfinal şousu baş tutacaq.

  • Sasha Song “Never Felt Like This Before”
  • Ieva Zasimauskaitė “You Saved Me”
  • Paula “Let U Go”
  • Aistė Pilvelytė “I’m Like a Wolf”
  • Kotryna Juodzevičiūtė “Love Shadow”
  • Fusedmarc “Rain of Revolution”
  • Gabrielius Vagelis “Feel Myself Free”
  • Greta Zazza “Like I Love You”

Eurovizijos milli seçim turunun yarımfinal şousunu izləmək üçün BURA klikləyin!

🇮🇸 Bu gün üçün sonuncu dayanacağımız İslandiya olacaq. Paytaxt Bakıda saatlar 23:45-i göstərəndə  şimal qütbünə ən yaxın yerləşən paytaxt ünavanına sahib Reykyavikdə  Söngvakeppnin 2017 milli seçim turunun ikinci yarımfinalı keçiriləcək.

  • Aron Brink – Þú hefur dáleitt mig
  • Daði Freyr Pétursson – Hvað með það? 
  • Svala Björgvinsdóttir – Ég veit það
  • Páll Rósinkranz & Kristina Bærendsen – Þú og ég 
  • Linda Hartmanns – Ástfangin
  • Sólveig Ásgeirsdóttir – Treystu á mig

11 Martda keçiriləcək Final şousuna vəsiqə qazanan ifaçılar:

“Söngvakeppnin 2017″ milli seçim turunun ikinci yarımfinalı şousunu izləmək üçün BURA klikləyin!

 

There are currently no comments.