Türk dünyasının ilk və yeganə musiqi yarışması olan “Türkvizyon” mahnı müsabiqəsinin dördüncüsü Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Hər il müsabiqəyə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə seçilmiş türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhər ev sahibliyi edir. Bu il isə müsabiqəyə türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Qazaxıstanın Türkistan şəhəri deyil, paytaxt Astana şəhəri ev sahibliyi edəcək. Müsabiqənin  yarımfinalları  8, 9 Sentyabr, Final isə 10 Sentyabr tarixlərində 11,500 tamaşaçı tutumlu Barys Arenada keçiriləcək.

İndiyənə kimi müsabiqəyə 27 ölkə iştirak ilə bağlı müraciət edib. Azərbaycan ilə birlikdə Belarus, Hollandiya, İsveç təmsilçiləri mahnılarını Azərbaycan dilində ifa edəcək. Ölkəmizi bu müsabiqədə ATV kanalında keçirilən “Azərbaycanın səsi 2016″ mahnı müsabiqəsinin qalibi Sevinc Bəyaz təmsil edəcək.

Qeyd edək ki, ilk “Türkvizyon” mahnı müsabiqəsi Türkiyənin Eskişehir şəhərində keçirilib və “Yaşa” adlı mahnı ilə Azərbaycan təmsilçisi Fərid Həsənov qalib gəlib.

 

There are currently no comments.