Ukraynanın ev sahibliyi edəcəyi 62-ci Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarının adı açıqlanıb.

Ənənəvi olaraq şou üçün 3 aparıcı seçilib. Buna baxmayaraq ukraynalılar ənənəni pozublar, belə ki, müsabiqə tarixində ilk dəfə 3 aparıcının üçü də kişidir. Müsabiqəyə Oleksandr Skichko, Volodymyr Ostapchuk və Timur Miroshnychenko aparıcılıq edəcək. Hər üç aparıcının televiziya sahəsində kifayət qədər təcrübəsi var. Oleksandr Skichko və Volodymyr Ostapchuk müsabiqənin əsas aparıcıları olacaq və hər üç şouda iştirak edəcək. Avroviziya fanatlarına tanış olan Timur isə “Yaşıl Otaq”da (Green Room) aparıcılıq edəcək.

Oleksandr Skichko

Oleksandr Skichko  “Oyan”, “Ulduz Yolu” və “Ulduz kimi mahnı oxu” adlı TV müsabiqələrinə aparıcılıq etməklə Ukraynada məşhurluq qazanıb. Karyerasına 15 yaşında əyləncə sahəsində başlayan Oleksandr “Ozünü Tanıt” (Ukraine’s Got Talent) müsabiqəsinin yarımfinalında parodiya çıxışı ilə milyonlarla ukraynalıların qəlbini fəth edib.

Volodymyr Ostapchuk

Volodymyr Ostapchuk “Ukrayna ilə səhər” , “Alış-veriş ilahəsi və “Stil ikonası”  adlı tv şoularına aparıcılıq edib. O, həmçinin profisional olaraq səsləndirmə ilə də məşğul olur. “Disney” animasiya studiyasının istehsalı olan dünyaca məşhur “Frozen”(“Buzlar diyarı”) cizgi filmində Hans rolunu səsləndirib.

Timur Miroshnychenko

Aparıcılar arasında bizə ən yaxını Timurdur, belə ki, o da bizim kimi Avroviziya fanıdır. O, 2009 və 2013-cu illərdə Ukraynada keçirilən Uşaq Avroviziya Mahnı Müsabiqəsində və bir neçə milli seçim turlarında aparıcılıq edib. Timur, Avroviziya Mahnı Müsabiqəsi, Uşaq Avroviziya Mahnı Müsabiqəsi, Avroviziya Rəqs Müsabiqəsi və Avroviziya Gənc Musiqiçilər müsabiqələrini ukraynalı tamaşaçılar üçün şərh edib. Sonuncu dəfə o, püşkatma mərasimində aparıcı kimi iştirak edib.

There are currently no comments.