Moldova bir qədər əvvəl 62-ci Avroviziya Mahnı Müsabiqəsi üçün təmsilçisini seçdi.

“O melodie pentru Europa” adlı seçim turunun qalibi “Hey, Mamma!” adlı mahnı ilə SunStroke Project qrupu oldu. Bu qrupun bu müsabiqədə ikinci iştirakı olacaq.

Moldova təmsilçisini 50% münsiflərin səsləri ilə, 50%-də tamaşaçı səsləri ilə müəyyən etdi. 8 iştirakçının mübarizə apardəğı gecədə , ən sonda ilk üçlük bu cür siralandı:

  1. Sunstroke Project – Hey Mamma!
  2. Ethno Republic & Surorile Osoianu – Discover Moldova
  3. Diana Brescan – Breath

Sergey Yalovitsky (vokal), Anton Ragoza (skripkaçı və bəstəkar) və Sergey Stepanovdan (saksofonçu) ibarət SunStroke Project qrupu Moldovanı ilk dəfə Norveçdə keçirilən müsabiqədə Olia Tira ilə birlikdə “Run Away” adlı mahnı ilə təmsil edib. Qrup müsabiqəni qazana bilməsə də çıxışları Avroviziyanın unudulmazlarından oldu. Hətta qrupun saksofonçusu Sergey Stepanov müsabiqədən sonra internetdə qısa müddətdə işıq sürəti ilə məşhurlaşdı və qrupdan daha çox məşhurluq qazandı.

There are currently no comments.