Kiyevdə keçirəcək Avroviziya Mahnı Müsabiqəsi üçün ev sahibi öz təmsilçisini seçdi.

Ukrayna təmsilçisini milli seçim turu ilə müəyyənləşdirdi. Final şousunda 6 iştirakçı ölkələrini vətənlərində təmsil etmək uğrunda mübbarizə apardı:

  1. Salto Nazad “O, mamo!”
  2. Melovin – “Wonder”
  3. O.Torvald – “Time”
  4. Illaria – “Thank You for My Way”
  5. Tayanna – “I Love You”
  6. Rozhden – “Saturn”

Fransanın (Alma) və Polşanın (Kasia Moś) bu ilki Avroviziya təmsilçilərinin qonaq olduğu gecədə qalib münsiflər heyətinin və tamaşaçı səslərinin cəmi ilə müəyyənləşdirildi.

Sonda Tayanna və O.Torvald arasında bərbərlik olsa da, xalq səsverməsində O.Torvald qurupu Tayannadan daha çox səs qazandığı üçün müsabiqənin qalibi elan edildi. Qurup vətənlərində keçiriləcək müsabiqədə “Time” adlı mahnı ifa edəcək.

There are currently no comments.