Omar Naber Sloveniyanın milli seçim turu EMA-nı qazanaraq ölkəsini Kiyevdə keçiriləcək 62-ci Avroviziya Mahnı Müsabiqəsində “On My Way” adlı mahnı ilə təmsil etməyə haqq qazandı.

Seçim turunun final şousunda keçən ilki müsabiqənin qalibi Cəmalə, Sloveniyanın 2016-cı ildəki təmsilçisi ManuElla və Xorvatiyanın 1994-cu ildəki təmsilçisi Toni Cetinski çıxış edib.

EMA-nın finalçıları:

 

EMA seçim turunun münsiflər heyəti Omarı siyahının birincisi etdiyi halda, tamaşıçı səsləri onu ikinci etdi amma buna baxmayaraq aradakı ferq Omara ölkəsini ikinci dəfə bu müsabiqədə təmsil etməyə haqq qazandırdı.

Omar Naber ilk dəfə Sloveniyanı 2005-ci ildə Kiyevdə keçirilən müsabiqədə Stop adlı mahnı ilə təmsil edib amma finala vəsiqə qazana bilməyib.

There are currently no comments.