Bildiyimiz kimi yanvar ayının 31-i ev sahibi Kiyev şəhərində Avroviziya Mahnı Müsabiqəsi 2017-də iştirak edəcək ölkələrin hansı yarımfinallarda mübarizə aparacaqlarına aydınlıq gətirən püşkatma mərasimi keçirildi.

Mərasimin sonunda Diana Haciyevanın birinci yarımfinalın birinci hissəsində Beynəlxalq Sərgi Mərkəzinin səhnəsində çıxış edəcəyi məlum oldu.

Ölkəmizlə birlikdə birinci yarımfinalda mübarizə aparacaq ölkələr:

Birinci Yarımfinalın Birinci hissəsi:

  • Albaniya
  • Avstraliya
  • Belçika
  • Finlandiya
  • Gürcüstan
  • İsveç
  • Monteneqro
  • Portuqaliya

Birinci Yarımfinalın İkinci hissəsi:

  • Çexiya Respublikası
  • Ermənistan
  • İslandiya
  • Kipr
  • Latviya
  • Moldaviya
  • Polşa
  • Sloveniya
  • Yunanıstan

Digər Avroviziya fanatları kimi biz də püşkatma mərasimindən sonra yarımfinalları müzakirə etdik. Hələ ki, bütün mahnıları dinləmək şansımız olmadığı üçün hər hansı bir ciddi fikir demək düzgün olmaz. Elə buna görə də, biz keçmişə qayıtdıq, faktları araşdırdıq və sizin üçün bu cədvəli hazırladıq.

Azərbaycana yarımfinallarda səs verən ölkələr (2008-2016)

Ölkə 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 Ümumi
Flag of Georgia Gürcüstan     – 12 12    F 12  –  – 36
 Flag of Poland Polşa   10 12 8 F 3  – 33
Flag of Ukraine Ukrayna     – 12 12 F 5  –  – 29
Flag of Latvia Latviya 8 F 7 2  –  – 17
Flag of Iceland İslandiya  – 8 F 8 1 2 10 29
Flag of Moldova Moldova 10 12 F 6 5  – 33
Flag of Cyprus Kipr 10 10 F  – 12 32
Flag of Albania Albaniya 5 F 8 7  –  – 20
Flag of MontenegroMonteneqro 3 F 7 7 12 29
Flag of GreeceYunanıstan 7 7 7 F 12  – 5 38
Flag of Slovenia Sloveniya  – 6 8 F  –  – 14
Flag of FinlandFinlandiya 5 5 F 3  – 2 15
Flag of PortugalPortuqaliya 7 F 3  – 10
Flag of France Fransa 10 F 8 2 7 27
Flag of Germany Almaniya 8 F  –  – 8
Flag of Sweden İsveç 3 F 4 8 15
Flag of Belgium Belçika 5 F  –  –  – 5
Flag of Czech Republic Çex Respublikası  –  –  – 10 13 23
Flag of ArmeniaErmənistan 2  – 2
Flag of Australia Avstraliya  –  –  –  –  –  –  – 2  –  2

 

There are currently no comments.