Gürcüstan Avroviziya tarixinin ən uğurlu iştirakçısı Sofo Nijaradze paytaxt Tblisidə keçirilən etiraz aksiyasına qoşulub.

Bu gün Gürcüstanın paytaxtı Tblisi şəhərində minlərlə insan “Rustavi 2” kanalına dəstək üçün küçələrə çıxıb.

Sofo Nijaradze (Facebook)

Ölkənin əsas müxalifət kanalı olan Rustavi 2 hökümətin mediyaya, azad sözə basqı göstərdiyini bildirib və buna etiraz olaraq fevralın 18-də fəaliyyətini dayandırmışdı. Fevralın 19-da isə minlərlə Tbilisi sakini kanala dəstək məqsədi ilə, parlamentin önündə aksiya keçirib. 10 minə yaxın insanın qatıldığı aksiyada Gürcüstanı 2010-cu ildə  “Shine” adlı mahnı ilə təmsil etmiş Sofo Nijaradze kanala öz dəstəyini göstərib, fanatlarını etiraza səsləyib.

Bu ilin əvvəlində Sofo Nijaradze ilə Gürcüstanın milli seçim turunun final şousunda görüşmə şansı əldə etdik. Azərbaycan dilində altyazı ilə müsahibəni sizə təqdim edirik:

 

 

 

There are currently no comments.