16 iştirakçının iştirak etdiyi milli finalda Claudia Faniello qalib gələrək Maltanı Eurovision 2017 Mahnı Müsabiqəsində təmsil etməyə haqq qazandı. 50% juri və 50% tlesəsvermə yolu ilə seçilən təmsilçi 11 mayda Eurovision Mahnı Müsabiqəsinin ikinci yarıfinalının birinci hissəsində çıxış edəcək. Qeyd edək ki, Claudia Faniello Maltanı 2001 və 2006-cı illərdə Eurovision Mahnı Müsabiqəsində təmsil etmiş Fabrizio Faniellonun bacısıdır. Claudia Faniello Maltanı Eurovision Mahnı Müsabiqəsində təmsil etmək üçün 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2011, 2012 və 2013-cü illərdə keçirilən seçim turlarına qatılmışdır. Qalibiyyət isə ona bu il nəsib oldu.

Milli finalda iştirak edən iştirakçılar bunlar idi:

  1. Klinsmann Coleiro – “Laserlight”
  2. Raquela Dalli Gonzi – “Ray of Light”
  3. Deborah C and Josef Tabone – “Tonight”
  4. Kevin Borg – “Follow” – 3-cü yer
  5. Jade Vella – “Seconds Away”
  6. Crosswalk – “So Simple”
  7. Franklin Calleja – “Follow Me”
  8. Rhiannon Micallef – Fearless”
  9. Miriana Conte – “Don’t Look Down”
  10. Shauna Vassallo – “Crazy Games”
  11. Janice Mangion – “Kewkba” – 2-ci yer
  12. Sherton Caruana – “Fighting to survive”
  13. Maxine Pace – “Bombshell”
  14. Richard Edwards – “You”
  15. Brooke Borg – “Unstoppable”
  16. Claudia Faniello – “Breathlessly” – Qalib

Qalib ifaçını və mahnısını buradan dinləyə bilərsiniz:

http://https://www.youtube.com/watch?v=7UBm1Okr9AQ

Maltanın bu ilki təmsilçisi haqqında siz nə düşünürsünüz?

 

There are currently no comments.