Super həftəsonunun ölkələrindən digəri Macarıstan da bu gecə Eurovision 2017 Mahnı Müsabiqəsi üçün öz təmsilçisini seçdi.

8 iştirakçının iştirak etdiyi A Dal 2017 mahnı müsabiqəsinin finalında ölkəsini 2014-cü ildə də Eurovisionda təmsil edib 4-cü olan Kallay Saunders də iştirakçı qismində yarışıb. Finalın favoritlərindən sayılan Joci Pápai ölkəsini Eurovision Mahnı Müsabiqəsində təmsil etməyə haqq qazandı.

Finalda iştirak edən iştirakçılar bunlar idi:

  • Gigi Radics – “See It Through”
  • Joci Pápai – “Origo”
  • Gina Kanizsa – “Fall Like Rain”
  • Soulwave – “Kalandor”
  • Gabi Tóth & Freddie Shuman feat. Begi Lotfi – “Hosszú idők”
  • Leander Kills – “Élet”
  • Zävodi + Olivér Berkes – “#háttérzaj”
  • Kállay Saunders Band – “Seventeen”

50% juri və 50% telesəsvermə ilə 4 iştirakçı digər mərhələyə keçdi. Son mərhələdə isə qalib 100% telesəsvermə yolu ilə seçildi:

  • Gigi Radics – “See It Through”
  • Zävodi + Olivér Berkes – “#háttérzaj”
  • Joci Pápai – “Origo” – Qalib
  • Gina Kanizsa – “Fall Like Rain”

Qalib ifaçını və mahnısını buradan dinləyə bilərsiniz:

Macarıstanın Eurovision 2017 təmsilçisini seçmək üçün 14 yanvar 2017-ci il tarixində başlayan A Dal 2017 müsabiqəsi 3 tur, 2 yarıfinal və finaldan ibarət idi. Hər turdan 6 iştirakçı yarıfinala, hər yanıfinaldan 4 iştirakçı finalda yarışmağa haqq qazandı.

Macarıstan Eurovision 2017 Mahnı Müsabiqəsinin 11 mayda keçiriləcək ikinci yarıfinalının birinci hissəsində çıxış edəcək.

There are currently no comments.