Bu şənbə nə az, nə çox düz 8 ölkədə Avroviziya həyacanı yaşanacaq. Sözün düzü sizin kimi bizdə qərarsız qalmışıq ki, hansı ölkənin seçim turunu izləyək. Amma işimizi bir qədər asanlaşdırmaq üçün gəlin detallara göz gəzdirək.

Belə ki, 3 ölkə bu gün Kiyev üçün təmsilçisini seçəcək. Bunlar: Macarıstan, Polşa və Maltadır. İsveçin “Melodifestivalen 2017″nin üçüncü yarımfinalı, Litvanın dillərə dastan olan seçim turu “Eurovizijos”nın 7-ci şousu, Sloveniyanın seçim turu “EMA 2017″nin ikinci yarımfinalı, Estoniyanın seçim turu “Eesti Laul 2017″nin ikinci yarımfinalı və ev sahibi Ukraynının seçim turunun üçüncü yarımfinalı keçiriləcək.

Bəs bütün bu şoulara necə baxa bilərik?

  1.  Ukrayna : Milli Seçim Turunun 3-cü yarımfinalı – BURDAN BAX! (Saat – 21:00)
  2.  Macarıstan: A Dal 2017-nin Finalı – BURDAN BAX! (Saat- 21:30)
  3. 🇸🇪 İsveç: Melodifestivalen 2017-nin üçüncü yarımfinalı – BURDAN BAX! (Saat: 23:00)
  4. 🇱🇹 Litva: Eurovizijos, 7-ci şou – BURDAN BAX! (Saat- 23:00)
  5. 🇸🇮 Sloveniya: “EMA 2017″nin ikinci yarımfinalı – BURDAN BAX!  (Saat: 23:00)
  6. 🇵🇱 Polşa: Final – BURDAN BAX! (Saat: 23:30)
  7. 🇪🇪 Estoniya: “Eesti Laul 2017″nin ikinci yarımfinalı – BURDAN BAX! (Saat: 23:45)
  8. 🇲🇹 Malta: Final – BURDAN BAX! (Saat: 23:50)

Bəs siz hansı seçim turlarına baxacaqsınız! Şərh yazaraq bizə də qərar verməkdə kömək edə bilərsiniz.

There are currently no comments.