Bu axşam Melodifestivalen 2017 müsabiqəsinin üçüncü yarıfinalı ilə İsveç öz Eurovision təmsilçisini seçməyə davam edəcək. Melodifestivalen 2017 müsabiqəsi 4 yarıfinal, ikinci şans və final şoularından ibarət olacaq. Juri və tamaşaçı səsverməsi ilə hər yarıfinaldan 2 iştirakçı birbaşa finala, 2 iştirakçı isə ikinci şans şousuna adlayacaq. İkinci şans şousundan isə 4 iştirakçı finala vəsiqə qazanacaq və beləliklə finalda 12 iştirakçı iştirak edəcək.

Bu ilki Melodifestivalen mahnı müsabiqəsinin təqvimi aşağıdakı kimidir:

  • Birinci Yarıfinal – 4 fevral – Scandinavium, Gothenburg
  • İkinci Yarıfinal – 11 fevral – Malmö Arena, Malmö
  • Üçüncü Yarıfinal – 18 fevral – Vida Arena, Växjö
  • Dördüncü Yarıfinal – 25 fevral – Skellefteå Kraft Arena, Skellefteå
  • İkinci Şans – 4 mart – Saab Arena, Linköping
  • Final – 11 mart –  Friends Arena, Stokholm

Bu axşamkı üçüncü yarıfinalda iştirak edəcək iştirakçılar isə bunlardır:

  1. Robin Bengtsson – “I Can’t Go On”
  2. Krista Siegfrids – “Snurra min jord”
  3. Anton Hagman – “Kiss You Goodbye”
  4. Jasmine Kara – “Gravity”
  5. Owe Thörnqvist – “Boogieman Blues”
  6. Bella & Filippa – “Crucified”
  7. FO&O – “Gotta Thing About You”

INFE Azerbaijan olaraq bu axşamkı Melodifestivalenin ikinciyarı finalını qiymətləndirdik. Səsvermədə iştirakçı jurilər olaraq – INFE Azerbaijan xəbərlər üzrə baş redaktoru Abdulla Həsənli və INFE Azerbaijan üzvləri Sərxan Khan, Elnur Məmmədov, Orxan Nadirov və Seymur Məmmədov iştirak ediblər. Əvvəlcə hər iştirakçı jurinin səslərinə ayrı-ayrılıqda baxıb, daha sonra isə ümumi nəticəni qeyd edəcəyik. Belə ki, iştirakçı jurilərin ayrı-ayrılıqda iştirakçılar üçün sıralamaları belədir:

Abdulla Həsənli Sərxan Khan Elnur Məmmədov Orxan Nadirov Seymur Məmmədov
1 Jasmine Kara 1 FO&O 1 Robin Bengtsson 1 Robin Bengtsson 1 Robin Bengtsson
2 Robin Bengtsson 2 Jasmine Kara 2 Krista Siegfrids 2 Jasmine Kara 2 Krista Siegfrids
3 Krista Siegfrids 3 Robin Bengtsson 3 Bella & Filippa 3 Krista Siegfrids 3 Jasmine Kara
4 FO&O 4 Bella & Filippa 4 Jasmine Kara 4 Anton Hagman 4 Anton Hagman
5 Bella & Filippa 5 Anton Hagman 5 Anton Hagman 5 Bella & Filippa 5 Owe Thörnqvist
6 Anton Hagman 6 Krista Siegfrids 6 Owe Thörnqvist 6 FO&O 6 Bella & Filippa
7 Owe Thörnqvist 7 Owe Thörnqvist 7 FO&O 7 Owe Thörnqvist 7 FO&O

Sıralamaları 1-7 arasında qiymətləndirib, həmin iştirakçılar üçün xalları topladıqda isə ümumi xallar aşağıdakı kimidir:

Sıra İştirakçı Ümumi xal
  1 Robin Bengtsson      32
  2 Jasmine Kara      28
  3 Krista Siegfrids      24
  4 Bella & Filippa      17
  5 Anton Hagman      16
  6 FO&O      15
  7 Owe Thörnqvist       8

Beləliklə, INFE Azerbaijan səsverməsinin nəticəsinə əsasən Melodifestivalen 2017 müsabiqəsinin ikinci yarımfinalından finala Robin və Jasmine, ikinci şans turuna isə Krista və Bella & Flippa keçəcək. Sizcə də belə olacaqmı?

There are currently no comments.