Çexiya Respublikasının nümayəndə heyətinin rəsmi facebook səhifəsi  Çexiya Respublikasının Kiyevdəki təmsilçisinin adını açıqlayıb.

Çexiya Respublikasını Kiyevdəki keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Martina Barta təmsil edəcək.

Nümayəndə heyəti təmsilçini Mart ayında açıqlamağı planlasa da bu planı Martinanın üzvü olduğu Alman caz qrupu 4 To The Bar pozub. Qrupun rəsmi saytında Martina Bartanmın Çexiya təmsilçisi seçidliyi haqqında məlumat yerləşdirilib.

Çexiya təmsilçisini münsiflər heyəti qərarı ilə müəyyənləşdirib:

  • Dirijor və bəstəkar –  Martin Kumžák
  • Müğənni, prodüser və bəstəkar – Jiří Škorpík
  • Lucie qrupunun qurucusu və bəstəkar – Michal Dvořák
  • Müğənni və bəstəkar- Michal Pavlíček
  • Müğənni, dirijor və bəstəkar – Ota Balage

Bu il Çexiyanın Avroviziya komitəsinə 300 mahnı təqdim edilib. Ölkənin Avroviziya mahnısının və klipinin Mart ayında yayımlanacağı gözlənilir.

Çexiya keçən il Gabriela Gunčíková ilə əldə etdiyi uğuru bu il caz ifaçısı Martina Bartan ilə dava edə biləcək? Fikirlərinizi şərh bölümündə bizimlə paylaşın!

There are currently no comments.