Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsi 2017 mahnısını müəyyən etmək üçün ikinci tur başladı.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Diana Hacıyevanın ifa edəcəyi mahnının seçimi üçün yanvar ayının 31-indən  fevral ayının 10-na qədər müstəqil bəstəkarlardan mahnılar qəbul etdi.

Bu gün isə ölkəmizi Kiyevdə keçirləcək 62-ci Avroviziya Mahnı Müsabiqəsi 2017-də təmsil edəcək Diana Hacıyeva  ikinci tura keçmiş bir neçə mahnının  ilk demo versiyalarını öz komandası ilə birlikdə yazdırır. Seçiləcək mahnı Dianın səsinə və ifa tərzini nəzərə alaraq müəyyən ediləcək.

Avroviziya təmsilçimiz haqqında ən son xəbərləri bizi izləyərək əldə edə bilərsiniz:

  • Hazar

    Seçiləcək mahnı Axərbaycan bəstəkarının olacaq?

    • Orkhan Aghayev

      Bəstəkarlar üçün milli mənsubiyyət məhdudiyyəti yoxdur.

  • Hazar

    Təəsüf