Imri Ziv İsrailin seçim turu “Avroviziya üçün növbəti ulduz” müsabiqəsini qazanar ölkəsini Kiyevdə keçiriləcək 62-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etməyə haqq qazandı.

İsrail bu il də təmsilçisni “Avroviziya üçün növbəti ulduz” adlı müsabiqə ilə müəyyən etdi. Müsabiqədə 4 ifaçı İsraili Kiyevdə təmsil etmək üçün mübarizə aparıb:

  • Julieta
  • Beatbox Element
  • Diana Golbi
  • Imri Ziv

Üç raundan ibarət olan seçim turunun ilk hissəsində iki duel baş tutub. Duel qalibləri və münsiflərin seçdiyi bir iştirakçı ikinci raunda keçib:

  • Julieta (münsiflərin seçimi)
  • Diana Golbi
  • Imri Ziv

İkinci raunda hər iştirakçı bir mahnı ifa edib:

  • Julieta: Shikorim me’ahava (Eden Ben-Zaken)
  • Diana Golbi: Purple Rain (Prince)
  • Imri Ziv: Because of You (Kelly Clarkson)

Final raunda Diana Golbi və Imri Ziv keçib və İmri tamaşaçı səslərini qazanaraq İsrailin 43-cü təmsilçisi olaraq Kiyevə getəyə haqq qazanıb.

Imrin artıq Avroviziyada təcrübəsi var, belə ki, o, Nadav Guedj (2015) və Hovi Starın (2016) bekvokalı kimi adı çəkilən müsbiqədə iştirak edib.

Imri Zivin Avroviziya mahnısı yaxın günlərdə Avroviziya sevənlərinə təqdim ediləcək.

http://https://www.youtube.com/watch?v=p4vmzVlCOOQ

 

There are currently no comments.