Dünyanın ən çox izlənən və rəğbət görən mahnı müsabiqəsi – Avroviziya Mahnı Müsabiqəsini Ukraynanın paytaxtı Kiyevə ikinci dəfə gətirən Cəmalə “Səs Ukrayna” müsabiqəsinin dünənki buraxılışında Azərbaycan dilində danışdı, Azərbaycan rəqsi oynadı bununla kifayətlənməyib, hətta  xalq mahnımız “Küçələrə su səpmişəm”i də ifa etdi.

“Səs Ukrayna” müsabiqəsinin yeddinci sezonuna Azərbaycandan Cavid Məmmədov adlı iştirakçı qatılıb. Çilingər olan Cavid Məmmədov “Cancion del Mariachi” əsərini səsləndirib və Avroviziya Mahnı Müsabiqəsi 2016-nın qalibi Cəmalənin komandasına daxil olub. Elə bütün olanlarda bundan sonra baş verib.

There are currently no comments.